Rusiya XİN ABŞ, Aİ və Rusiya rəsmilərinin görüşdüyünü təsdiqləyib

Rusiya XİN ABŞ, Aİ və Rusiya rəsmilərinin görüşdüyünü təsdiqləyib

Bakı. TurkicWorld:

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiya rəsmilərinin Qarabağdakı vəziyyətlə əlaqədar İstanbulda görüşdüyünə dair məlumatı təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ, Aİ və Rusiya nümayəndələrinin lokal xarakterli antiterror tədbirləri başlamazdan əvvəl İstanbulda Qarabağla bağlı görüş keçirdiklərini Moskvada brifinqdə təsdiqləyib.

KİV-in xəbər verdiyi kimi, ABŞ-ni bu görüşdə Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono, Aİ-ni Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar, Rusiyanı isə Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev təmsil edib.

M.Zaxarova ABŞ və Aİ-nin görüş keçirmək təşəbbüsü ilə Rusiyaya müraciət etdiyini qeyd edib.

"Görüşün məqsədi danışıqlarda qeyd olunub. Tərəflər vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar", - deyən Zaxarova görüşün gizli olmadığını, "adi fikir mübadiləsi olduğunu" əlavə edib.

Rusiya XİN-in nümayəndəsi həmçinin vurğulayıb ki, hazırda Qərb mediası bundana təxribat üçün istifadə edirsə, deməli məqsəd də bu olub.

Xəbər yenilənəcək