Son dəqiqə

Rumıniya

Rumıniya Qarabağ ərazisində keçirilmiş qondarma “seçkilər”i tanımır

Bakı. TurkicWorld:

Rumıniya Qarabağ ərazisində keçirilmiş qondarma “seçkilər”i tanımır.

TurkicWorld xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

XİN Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha bəyan edir və regiondakı bütün məsələlərin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq siyasi yolla həllinin tərəfdarıdır.

Qeyd edək ki, sentyabrın 9-da Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.

Mövzuya görə xəbərlər