Son dəqiqə

Rumıniya Rumıniya müdafiə naziri istefa Rumıniya siyasəti hökumət böhranı Rumıniya Yonuts Moşteanunun istefası

Rumıniyanın müdafiə naziri istefa verib

BAKI,TurkicWorld

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu təhsili ilə bağlı qalmaqal səbəbindən tutduğu vəzifədən istefa verib.

TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.

"Mən istəmirəm ki, mənim təhsilim və illər əvvəl buraxdığım səhvlər hazırda ölkəni idarə edənlərin diqqətini yayındırsın",- Moşteanu istefasını izah edib.

KİV yazır ki, nazirin rəsmi tərcümeyi-halında yalan məlumat göstərilib. Moşteanu Buxarestdəki Athenaeum Universitetində təhsil aldığını iddia edib. Gələcək müdafiə naziri 90-cı illərin sonunda "menecment" ixtisası üzrə diplom aldığını göstərib. Lakin ali təhsil ocağından jurnalistin sorğusuna əsasən bildirilib ki, onlarda heç vaxt belə bir tələbə olmayıb.

Mövzuya görə xəbərlər