BAKI,TurkicWorld
NATO-nun üzv dövlətlərindən olan Rumıniyada hava məkanını pozan xarici pilotsuz uçuş aparatının yaşayış binasına çırpılması nəticəsində azı 2 nəfər yaralanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA Rusiya Federasiyasına məxsus olub.
"Mayın 28-dən 29-a keçən gecə, Rusiya Rumıniya sərhədi yaxınlığında Ukraynanın mülki və infrastruktur hədəflərinə PUA hücumlarını davam etdirib. Həmin dronlardan biri Rumıniyanın hava məkanına daxil olub", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, dron yaşayış binasının damına düşüb və yanğına səbəb olub. İki nəfərin yaralandığı qeyd edilir.







