Bakı. TurkicWorld:
BMT Təhlükəsizlik Şurasında dünən keçirilən müzakirələr bir daha göstərdi ki, kim suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında real və davamlı sülh istəyir.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "X" (tvitter) sosial hesabında yazıb.
Mövsümovun sözlərinə görə, dünənli müzakirələr bir daha nümayiş etdirdi ki, kimlər boş qisas ümidləri ilə zaman qazanmaq üçün "humanitar fəlakət" tamaşaları oynamaqda davam edir.







