Bakının azad olunmasının 103-cü ildönümündə artıq Qarabağ da azaddır - Mövlud Çavuşoğlu

Bakının azad olunmasının 103-cü ildönümündə artıq Qarabağ da azaddır - Mövlud Çavuşoğlu

Nə xoşdur ki, Bakının işğaldan azad olunmasının 103-cü ildönümündə artıq Qarabağ da azaddır.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” hesabında paylaşıb.

“Əziz şəhidlərimizi rəhmətlə anıram. Ruhları şad olsun”- deyə nazir qeyd edib.

Qeyd edək ki, bu gün Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 103 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad edib.