Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək - Türkiyə PA

Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək - Türkiyə PA

Bakı. TurkicWorld:

Türkiyə Azərbaycana dəstəyini heç zaman əsirgəməyəcək və hər zaman qardaş Azərbaycanın yanında olmağa davam edəcək.

Bunu TurkicWorld-a Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.

PA - dan qeyd olunub ki, eyni zamanda Azərbaycan da Türkiyəyə ən çətin günlərində dəstək olub.

“Azərbaycan-Türkiyə münasibətləri sadəcə bu iki ölkənin rifahına deyil, eyni zamanda bütün bölgənin rifahına xidmət edir”- deyə PA-dan bildiriblər.

Qeyd olunub ki, iki qardaş dövlət arasında bütün sahələrdə əməkdaşlıq davam edir və bundan sonra da davam edəcək.

Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasının 103-cü il dönümünə münasibət bildirən Türkiyə PA-sından bildirilib ki, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsi şanlı zəfər tariximizin bir hissəsi olub və bu zəfər hər zaman yaddaşlarda qalacaq.