Ermənistan dövlət qurumlarının hərbi cinayətkarın saxlanmasına "etirazı" - hərbi cinayətlərə dövlət səviyyəsində dəstək aktıdır - Hikmət Hacıyev

Ermənistan dövlət qurumlarının hərbi cinayətkarın saxlanmasına "etirazı" - hərbi cinayətlərə dövlət səviyyəsində dəstək aktıdır - Hikmət Hacıyev

Bakı. TurkicWorld:

25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçatryanın saxlanmasına Ermənistanın rəsmi, ictimai/media qurumlarının “etirazı” dövlət səviyyəsində hərbi cinayətlərə dəstək və haqq qazandırmaqdan başqa bir şey deyil.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə bildirib.

“O, insan qaçaqmalçılığı üçün BQXK-nin tibbi evakuasiyasından istifadə etməyə çalışıb”, - Prezidentin köməkçisi əlavə edib.