Əsas prioritet 44 günlük Vətən müharibəsində qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olmasıdır - Ceyhun Bayramov

Əsas prioritet 44 günlük Vətən müharibəsində qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olmasıdır - Ceyhun Bayramov

Bakı. TurkicWorld:

44 günlük Vətən müharibəsindən sonra əsas prioritet bu qələbənin hüquqi və diplomatik müstəvidə bərqərar olması, dünya birliyi tərəfindən qəbul olunmasıdır.

TurkicWorld-in məlumatına görə, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Eyni zamanda bu faktın masa üzərində də həll olunması istiqamətində işlər davam etdirilir. Bu kifayət qədər mürəkkəb prosesidir və özünün komponentləri var",- deyə nazir bildirib.