BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər dostluq xarakteri daşıyır və konkret nəticələr və birgə iş əsasında qurulub.
TurkicWorld xəbər verir ki, bunu Monteneqro Baş nazirinin müavini, Xarici İşlər Naziri Ervin İbraimoviç bu gün Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov ilə birgə keçirilən mətbuat konfransında bildirib.
İbraimoviçin sözlərinə görə, onun bugünkü səfəri böyük əhəmiyyət kəsb edir.
“Hörmətli həmkarımın da qeyd etdiyi kimi, prezidentlərin, baş nazirlərin və hökumət üzvlərinin səfərləri ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verir. Biz əminik ki, yaxın gələcəkdə yüksək səviyyədə baş tutacaq əlaqələr dövlətlərimiz arasındakı əməkdaşlığı daha da gücləndirəcək və mövcud böyük əməkdaşlıq potensialını tam şəkildə reallaşdırmağa imkan verəcək,” — deyə o bildirib.
Nazir həmçinin vurğulayıb ki, əməkdaşlığın inkişafı hər iki tərəfin maraqlarına tam cavab verir.







