BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Monteneqroda Azərbaycandan olan turistlər üçün çox yaxşı imkanlar və şərait yaratmışıq. Eyni zamanda, iki ölkə arasında birbaşa uçuşların aparılmasını istəyirik.
TurkicWorld xəbər verir ki,xəbər verir ki, bu sözləri Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə deyib.
"Konsulluq sahəsində imzalanmış Anlaşma Memorandumu gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bizim çoxtərəfli əməkdaşlığımız uğurlu şəkildə davam edir", - deyə nazir bildirib.






