Bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir - Səfir

Bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir - Səfir

Bakı. TurkicWorld:

Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı Parisdə baş verən hücumu qınayırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva özünün tviter səhifəsində yazıb.

"Jurnalistika fəaliyyətinə qarşı olan bu əməli törədənlərin tapılması və cəzalandırılması üçün tərəfimizdən müvafiq tədbirlər görüləcəkdir" - deyə səfir bildirib.