Ermənistanın 44 günlük müharibədəki fərarilərinin sayı artıb - Nikol Paşinyan

Ermənistanın 44 günlük müharibədəki fərarilərinin sayı artıb - Nikol Paşinyan

Bakı. TurkicWorld:

Ermənistanda 44 günlük müharibədəki fərarilərin sayı artıb.

TurkicWorld-un məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, əmrə tabe olmama və dezertirliyə görə hərbi və mülki şəxslər olmaqla 12 600 nəfərə cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl ermənilər müharibə dövründə ordularında 10 min nəfər dezertirin olduğunu özləri etiraf ediblər.