Bu gün biz 26 iyun tarixini qalib xalq kimi qeyd edirik - Ceyhun Məmmədov (ÖZƏL)

Bu gün biz 26 iyun tarixini qalib xalq kimi qeyd edirik - Ceyhun Məmmədov (ÖZƏL)

Bakı, TurkicWorld:

Bu gün biz 26 iyun tarixini qalib xalq kimi qeyd edirik.

Bu sözləri TurkicWorld-a özəl açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, 26 iyun Azərbaycan tarixində əlamətdar günlərdən biridir.

“Bu tarixdə Azərbaycanın müstəqil ordusu yaradılıb. Cumhuriyyət dövründən başlayaraq sonrakı dövürdə də dövlət səviyyəsində hər il bu əlamətdar gün böyük həvəslə qeyd olunur, ölkəmizdə müxtəlif tədbirlər həyata keçirlir, bununla bağlı mütəmadi olaraq müxtəlif addımlar atılır”,- deyə o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, bu gün biz 26 iyun tarixini qalib xalq kimi qeyd edirik.

“Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Vətən müharibəsi dövründə də Azərbaycan ordusu böyük şücaət və qəhramanlıq göstərərək Ermənistan üzərində öz qələbəsini təmin etmiş oldu. Bu gün müharibə bitsə də, yenə də biz ermənilərin zaman-zaman Azərbaycana qarşı təhdidlərini, təxribatlarını görürük. Amma Ermənistan tərəfi də bilməlidir ki, Azərbaycan ordusu artıq güclü ordudur, o bu təxribatların qarşısını sərt şəkildə almağa qadirdir. Bu günün önəmi Azərbaycan xalqı üçün olduqca əhəmiyyətlidir və Azərbaycan tarixində özünəməxsus yeri var”,- deyə C.Məmmədov vurğulayıb.

Mehriban Xəlilli
@MXalilbakova