Azərbaycan NATO ilə əməkdaşlığı daha da genişləndirir - Ceyhun Məmmədov (ÖZƏL)

Azərbaycan NATO ilə əməkdaşlığı daha da genişləndirir - Ceyhun Məmmədov (ÖZƏL)

Bakı, TurkicWorld

Azərbaycan NATO ilə əməkdaşlığı daha da genişləndirir.

Bu sözləri TurkicWorld-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, son illər Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar, Azərbaycan ordusunun güclənməsi, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın apardığı xarici siyasət ölkəmizə olan diqqət və etimadı daha da artırıb.

“ Bu görüşlərdə də Azərbaycan Avropa İttifaqı, Avropanın digər qurumları ilə əməkdaşlıq perspektivləri və imkanları geniş müzakirə olunur. Azərbaycanın NATO ilə geniş əlaqələri var. Bu gün Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində rol oynayır”,- deyə Ceyhun Məmmədov söyləyib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın belə tədbirlərə dəvət olunması çox önəmlidir.

“Bu gün Qərb və Avropa dövlətləri Azərbaycanın və Avropanın enerji təhlükəsizliyində oynadığı rol ilə bağlı davamlı olaraq müxtəlif bəyanatlar və açıqlamalar verirlər. Bu Azərbaycanın artan rolunun göstəricisidir. Eyni zamanda Avropanın, Qərb təşkilatlarının və NATO-nun Azərbaycana verdiyi önəmin göstəricisidir. Yəni, bu gün Azərbaycan artıq etibarlı bir tərəfdaş kimi qəbul edilir və bütün beynəlxalq tədbirlərə dəvət olunur, Qərb və Avropanın enerji təhlükəsizliyində ciddi rol oynayır”,- deyə o vurğulayıb.

Mehriban Xəlilli

@MXalilbekova