Zəngəzur dəhlizi investisiyaların cəlbi üçün fürsətə çevrilə bilər - Matthew Bryza

Zəngəzur dəhlizi investisiyaların cəlbi üçün fürsətə çevrilə bilər - Matthew Bryza

Zəngəzur dəhlizi investisiyaların cəlbi, yeni iş yerlərinin açılması və sənaye müəssisələrini bərpası üçün fürsətə çevrilə bilər.

Bunu Turkic.World-ə açıqlamasında ABŞ Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.

Onun sözlərinə görə, bu dəhliz həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə üçün iqtisadi əlaqələrin bərpasında böyük imkanlar yaradacaq.

"Zəngəzur dəhlizi Ermənistanın region iqtisadiyyatına inteqrasiyasına kömək edəcək. Ümid edirəm ki, qısa zamanda erməni siyasətçilər müharibənin məğlubiyyəti şokundan xilas olacaqlar və ölkədəki qərbyönümlü çoxluq "Böyük Ermənistan" mifindən əl çəkməyin və birlikdə ölkələrini yenidən qurmağa başlamağın vaxtı gəldiyini başa düşəcəklər".