Azərbaycan və Malaziya təhsil sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır (ÖZƏL)

Azərbaycan və Malaziya təhsil sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır (ÖZƏL)

Bakı. TurkicWorld:

Azərbaycan və Malaziya təhsil sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır. Bunu TurkicWorld üçün eksklüziv müsahibəsində Malaysia Truly Asia şirkətinin direktoru Norlizah Jahaya deyib.

O qeyd edib ki, Malaysia Truly Asia şirkəti ilk dəfə yayda Azərbaycanda keçirilən İƏT-ə üzv ölkələrin Turizim nazirlərinin görüşü zamanı Malayzia Turizim nazirinin rəhbərlik etdiyi nümayəndə heyyətinin tərkibində Azərbaycana səfər edib.

“Səfərimiz çərçivəsində Malayziyada turizmi tanıtmaq üçün müxtəlif agentliklər və Türk Hava Yollarının Bakıdakı nümayəndəliyi ilə görüşmək imkanımız oldu. İndi biz də səfirliyimizlə Malayziyada təhsili inkişaf etdirmək üçün işlər aparırıq. Bu o deməkdir ki, bundan sonra biz azərbaycanlı tələbələrə Malayziya universitetlərinə gedib təhsil almağı təklif edə biləcəyik”.

Jahaya qeyd edib ki, onların agentliyinin baş ofisi İstanbuldadır. Lakin onlar həmçinin Balkan ölkələrində də fəaliyyət göstərirlər

“2022-ci ilin avqust ayından etibarən Malayziya ölkəyə gələn səyahətçilərdən COVID-19-a dair mənfi PCR-test nəticəsini təqdim etmək tələblərini ləğv edib. Həmçinin qapalı məkanlarda və küçələrdə maska taxmaq da artıq tələb olunmur. Ancaq təhlükəsizlik baxımından onlardan ictimai nəqliyyatda və xəstəxanalarda maskalardan istifadə etmələri xahiş olunacaq”.

Malaysia Truly Asia şirkətinin direktoru əlavə edib ki, post-pandemiya dövründə onların İstanbuldakı baş ofisi təkcə Türkiyədə deyil, həmçinin Balkan ölkələrində də Malaziya turiziminin təşviqinə başlayıb.

“İyun ayında İstanbulda və Ankarada 2 Malaysia Truly Asia seminarımız oldu. Bununla yanaşı digər Balkan ölkələrində də seminarlarımız davam edib. Bu seminarlarda bizim əsas məqsədimiz Malayziyada turizm sahəsinin necə aparıldığını izah etməkdir”.

Bundan başqa, Cahaya Malayziyadakı həyat tərzini daha çox kütləyə tanıtmaq üçün Türkiyənin müxtəlif agentlikləri və aktiv sosial şəbəkə istifadəçiləri ilə də işlədiklərini bildirib.

“Pandemiya səbəbindən başqa ölkələrdən gələn səyahətçilərimizin sayı aşağı düşüb. Amma biz əminik ki, ziyarətçilərin sayı günü-gündən artacaq”.

Şirkətin direktoru yekun olaraq vurğulayıb ki, hal-hazırda Malayziyaya səyahət edənlərin əksəriyyəti Sinqapur, İndoneziya və Tayland kimi qonşu ölkələrdəndir.