Son dəqiqə

Gürcüstan Avropa Tbilisi

Aİ Gürcüstanla dostluqdan danışır, amma inqilab hazırlayır - Tbilisi meri

BAKI,TurkicWorld

Avropa İttifaqı (Aİ) Gürcüstanla dostluqdan danışsa da, əslində ölkədə inqilab hazırlayır.

TurkicWorld Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Aİ Gürcüstanda hakimiyyət çevrilişinə cəhd, ekstremizm və zorakılığı təşviq etməkdə ittiham olunur.

Kaladze əlavə edib ki, Gürcüstanın daxili işlərinə bu cür müdaxilələr ölkənin sabitliyinə təhlükə yaradır.

Mövzuya görə xəbərlər