Son dəqiqə

Zəngəzur Ermənistan ABŞ Zəngəzur dəhlizi səfər

ABŞ nümayəndə heyəti "Tramp marşrutunu" müzakirə etmək üçün Ermənistana səfər edəcək

Bakı, TurkicWorld

Gələn həftə ABŞ-ın müxtəlif dairələrinin nümayəndələri "Tramp Marşrutu" (Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək məqsədilə Ermənistana səfər edəcəklər.

TurkicWorld bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Məlumata görə, amerikalı nümayəndələr dəhlizin yalnız texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə yatırılacaq investisiyaların həcmi, prioritetlər və tikinti işlərinin başlanma müddəti mövzuları da gündəmə gətiriləcək.

Mövzuya görə xəbərlər