ABŞ Rusiya Ukrayna Vladimir Putin Avropa Volodimir Zelenski Donald Tramp Alyaska Rusiya Ukrayna müharibəsi Rusiya Ukrayna danışıqları Rusiya Ukrayna sülh təşəbbüsü

Avropa liderləri Tramp və Zelenski ilə birlikdə Ukrayna müharibəsinin həllini müzakirə edə bilərlər

BAKI, TurkicWorld, Səməd Əyyubov

Avropa liderləri, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə Ukrayna münaqişəsinin həlli planını müzakirə edə bilərlər.

TurkicWorld xəbər verir ki, bu barədə “The New York Times” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, Tramp planı bazar ertəsi Ağ Evdə Zelenski ilə müzakirə edəcək və həmin görüşdə Avropa liderlərinin də iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, Alyaskanın Ankoric şəhərində yerləşən “Elmendorf-Riçardson” hərbi bazasında iki liderin məhdud formatda görüşü baş tutub. Görüşdə Rusiya tərəfini Prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, ABŞ tərəfini isə dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff təmsil edib. Liderlər əvvəlcə qısa söhbət aparıb, daha sonra “üçə-üç” formatında əsas müzakirələrə keçiblər. Görüşdən sonra dövlət başçıları birgə mətbuat konfransında çıxış ediblər. Hər iki lider danışıqları müsbət qiymətləndirmişdi.

Mövzuya görə xəbərlər