Son dəqiqə

Qəzza zolağı Qəzzada jurnalistlərin ölümü İsrail və Qəzza münaqişəsi Qəzza ilə əlaqəli paylaşımlar Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzza atəşkəsi çağırışı Qəzzadan fələstinlilərin çıxarılması İsrailin Qəzza siyasəti Qəzza müharibəsi və tanınma Qəzza müharibəsi 2025

Qəzzada aclıq və humanitar böhran dərinləşir

BAKI, TurkicWorld

İsrailin hücumları və sanksiyaları səbəbindən aclıq yaşanan Qəzza Zolağında son 24 saatda 5 fələstinli daha aclıqdan dünyasını dəyişib, aclıq səbəbindən ölənlərin sayı 193-ə çatıb.

TurkicWorld xəbər verir ki, Qəzza Sağlamlıq Nazirliyinin baş direktoru Munir əl-Burş sosial media hesabında Qəzzada aclıqdan həyatını itirənlər barədə məlumat verib.

İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt blokadası altında olan Qəzza Zolağı aclığın yayıldığı, su, dərman, tibbi vasitələr və gigiyena mallarının çatışmadığı humanitar fəlakətlə üzləşib.

Xüsusilə uşaqlar arasında Qəzzada aclıq səbəbindən ölənlərin sayı artır.

Yerli və beynəlxalq dairələr İsrailin "aclqı və susuzluğu silah kimi istifadə etdiyini" bildirirlər.

İsrail ordusu mülki infrastrukturu dağıdaraq Qəzzanın 88 faizini məhv edib, məcburi köçürmə əmrləri ilə yerindən edilmiş fələstinliləri tez-tez yaşadıqları yerlərdə hədəf alır.

Təxminən 2,3 milyon əhalisi olan Qəzzada İsrail hücumları və məcburi köçürmə əmrləri ilə yerindən edilmiş şəxslərin sayı 2 milyona çatıb, bir çoxları dəfələrlə yer dəyişdirib.

Əsas vasitələrdən məhrum olan fələstinlilər, sadəcə dərme çatma çadırlarda və ya çox sıx şəraitdə, gigiyena vasitələrinin çatışmadığı, hətta lavabo kimi əsas imkanların məhdud olduğu, yoluxucu xəstəliklərin yayıldığı məktəblərdə yaşamağa çalışır.

İsrail ordusu isə gündəlik hücumlarla yerindən edilmişlərin çadırlarını və yaşadıqları mülki yerləri bombalayır.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza Zolağına etdiyi hücumlarda ən az 61 min 20 fələstinli həyatını itirib, 150 min 671 nəfər isə yaralanıb.

Mövzuya görə xəbərlər