Son dəqiqə

İsrail Qəzza zolağı Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Qəzzada aclıq və resurs çatışmazlığı Qəzza münaqişəsi 2025 Qəzzadakı humanitar vəziyyətə diqqət Qəzzadan fələstinlilərin çıxarılması

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 36 fələstinli həyatını itirib

Bakı, TurkicWorld

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 36 fələstinli həlak olub.

TurkicWorld xəbər verir ki, İsrail ordusunun bu gün səhər saatlarından Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində 12-si uşaq, 15-i qadın olmaqla 36 fələstinli həyatını itirib.

Qəzza zolağında İsrail növbəti dəfə mülki vətəndaşların evlərini və yardım paylama məntəqələrində gözləyən mülki insanları hədəfə alıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, hücumların əsas hədəfi Qəzza zolağının mərkəzindəki Nusayrat Qaçqınlar Düşərgəsi olub. Burada mülki evlərin bombalanması nəticəsində 30 nəfər ölüb. Həyatını itirən qadınlardan birinin hamilə olduğu, bətnindəki körpənin də hadisə yerində öldüyü bildirilib.

Şahidlərin sözlərinə görə, İsrail ordusu eyni zamanda Cədid Qaçqınlar Düşərgəsindəki bəzi evləri və Qəzza şəhərinin qərbindəki Hayder qovşağı yaxınlığında yerləşən mənzilləri də hədəfə alıb. Bu bombardman nəticəsində bir ailənin iki üzvü – ər və arvad – həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Bundan əlavə, Netzarim dəhlizi ətrafında yerləşən yardım bölgəsinə yönələn hücum nəticəsində 4 mülki şəxs həlak olub. Onlar yardım paylanmasını gözləyən insanlar arasında olub.

Qeyd edək ki, İsrailin 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 59 921 nəfər həlak olub, 145 233 nəfər isə yaralanıb.

İsrail və ABŞ tərəfindən idarə olunan yardım paylama məntəqələrində fələstinlilərə qarşı həyata keçirilən hücumlarda 27 may tarixindən bu yana 1 157 nəfər ölüb, 7 758 nəfər yaralanıb.

Mövzuya görə xəbərlər