Son dəqiqə

İran ABŞ Rusiya Vladimir Putin Dmitri Peskov Donald Tramp Kreml İranın nüvə proqramı

Rusiya İran və ABŞ-la dialoqu davam etdirir - Peskov

BAKI, TurkicWorld

Moskva Tehran və Vaşinqtonla müxtəlif kanallar vasitəsilə dialoqu davam etdirir.

<TurkicWorld xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin zərurət yarandıqda İranın nüvə proqramı ilə bağlı danışıqlara qoşulmağa hazırdır.

Həmçinin qeyd edək ki, Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı İranın nüvə proqramı və bu ölkənin nüvə silahına malik olması məsələsi müzakirə edilib. Ağ Evin rəhbərinin sözlərinə görə, Rusiya liderinin mövqeyi ABŞ-ın mövqeyi ilə üst-üstə düşür: İranın nüvə silahına sahib olmaması vacibdir.

Tramp, həmçinin İranın nüvə silahı ilə bağlı qərar qəbul etmək üçün vaxtının daraldığını vurğulayıb.

"Bu qərar tezliklə verilməlidir!" – deyə o qeyd edib.

Mövzuya görə xəbərlər