Son dəqiqə

İsrail ABŞ Qəzza zolağı HƏMAS Stiven Uitkoff

HƏMAS Uitkoffun Qəzza ilə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib

BAKI, TurkicWorld

HƏMAS ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.

TurkicWorld xəbər verir ki, bu barədə HƏMAS-ın Telegram kanalında yayımlanan açıqlamada bildirilib.

“Bu gün HƏMAS, Uitkoffun son təklifinə cavabını vasitəçilərə təqdim etdi. Gələcək razılaşma çərçivəsində biz 10 israilli girovu azad etməyə və 18 nəfərin cəsədini qaytarmağa hazırıq. Bunun müqabilində İsrail həbsxanalarından razılaşdırılmış sayda fələstinli məhbusun azad edilməsini istəyirik” — deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, HƏMAS və İsrail Qəzza zolağında 60 günlük atəşkəslə razılaşıblar.

Mövzuya görə xəbərlər