Son dəqiqə

Çin ABŞ ABŞ tələbə vizaları ləğvi ABŞ və Çin arasında geostrateji rəqabət

Çin, ABŞ-ın Çinli tələbələrin vizasını ləğv etməsi qərarına etiraz etdi

BAKI,TurkicWorld

Çin hökuməti ABŞ-ın ölkədə təhsil alan bəzi Çinli tələbələrin vizalarını ləğv edəcəyi barədə açıqlamasına kəskin etirazını bildirib.

TurkicWorld xəbər verir ki, Çinin Vaşinqtondakı səfirliyindən verilən açıqlamada ABŞ hökumətinə rəsmi etiraz notasının təqdim edildiyi bildirilib.

Pekin rəhbərliyi ABŞ-ın qərarını “siyasi motivli və ayrı-seçkilikçi addım” adlandıraraq, Vaşinqton administrasiyasını bu qərarı dərhal ləğv etməyə və Çinli tələbələrin qanuni hüquq və maraqlarını qorumağa çağırıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin də ötən gün verdiyi açıqlamada ABŞ-ın qərarını tənqid edib və Vaşinqtonun ideologiya və milli təhlükəsizlik bəhanəsi ilə Çinli tələbələrin hüquqlarını pozduğunu bildirib.

Mao ABŞ-ın bu addımını “azadlıq və açıqlıq məsələsində ikiüzlülük” kimi dəyərləndirib.

Mövzuya görə xəbərlər