Son dəqiqə

Rusiya Ukrayna Vladimir Putin Moskva Volodimir Zelenski Kiyev Rusiya Ukrayna müharibəsi

Müharibənin əvvəlindən bu yana belə hücum olmayıb - Zelenski

BAKI, TurkicWorld

Rusiya Silahlı Qüvvələri müharibənin əvvəlindən bu yana Ukraynaya qarşı ən genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumunu həyata keçirib.

TurkicWorld xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O, Rusiya hücumlarının əsasən sivil infrastruktur obyektlərini hədəf aldığını vurğulayıb.

"Təəssüf ki, yaralananlar var və mülki obyektlərə ciddi ziyan dəyib"- deyə Zelenski bildirib.

Zelenski əlavə edib ki, son üç gecə ərzində Rusiya Ukraynaya qarşı intensiv hava hücumlarını davam etdirir. O, beynəlxalq ictimaiyyəti və Qərb müttəfiqlərini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Mövzuya görə xəbərlər