Son dəqiqə

Türkiyə İran Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Türkiyə Daxili İşlər Nazirliyi İŞİD Ali Yerlikaya

Türkiyənin 47 şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib

BAKI, TurkicWorld

Türkiyənin 47 şəhərində terror təşkilatı İŞİD-ə qarşı son iki həftə ərzində polis və jandarma qüvvələri tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyatlar zamanı 298 nəfər şübhəli saxlanılıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.

Bildirilib ki, Respublika Baş Prokurorluqları, Milli İstihbarat Təşkilatı (MİT), Polis Baş İdarəsinin Terrorla Mübarizə və Kəşfiyyat İdarələrinin koordinasiyası ilə həyata keçirilən əməliyyatlarda İŞİD təşkilatında fəaliyyət göstərən və maliyyə dəstəyi verdiyi müəyyən edilən 159 nəfər saxlanılıb.

Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Diyarbakır, Şanlıurfa da daxil olmaqla 40-dan çox vilayətdə həyata keçirilib.

Bununla yanaşı, Jandarma Baş Komandanlığının kordinə etdiyi ayrı əməliyyatlar nəticəsində İŞİD-ə maliyyə təminatı verən və təşkilatın təbliğatını aparan daha 139 nəfər şübhəli yaxalanıb.

Əməliyyatlar zamanı çoxsaylı qanunsuz silah, təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.

Mövzuya görə xəbərlər