Son dəqiqə

Fransa Fələstin Böyük Britaniya Fələstin dəstəyi Fələstin dəstək aksiyaları Fələstinə həmrəylik

Britaniya Fransa ile Fələstinin tanınması imkanını müzakirə edirlər

Bakı, TurkicWorld

Böyük Britaniya Fransa ilə Fələstinin tanınmasını 2025-ci ilin yayında elan etmək planlarını müzakirə edir.

TurkicWorld -in məlumatına görə, bu barədə Britaniyanın "The Guardian" qəzeti xəbər verib.

Məlumata əsasən, bu addım BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan "İki xalq üçün iki dövlət" planının həyata keçirilməsi üzrə beynəlxalq konfransa həsr oluna bilər.

Aprelin 30-da Britaniya parlamentinin komitəsində danışan xarici işlər naziri Devid Lemmi ilk dəfə olaraq təsdiqləyib ki, London və Paris Səudiyyə Ərəbistanının birgə təşkilatçılığı ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə edirlər.

Mövzuya görə xəbərlər