Son dəqiqə

Türkiyə ABŞ Donald Tramp Rümeysa Öztürk

Tramp Rumeysa Öztürk barədə danışıb

BAKI,TurkicWorld

Rumeysa Öztürkün saxlanıldığını bilmirdim.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp, 25 martda iftara gedərkən saxlanılan Tufts Universitetinin doktorantı Rumeysa Öztürkün vəziyyəti ilə bağlı da danışıb.

Rümeysanın saxlanmasından xəbərsiz olduğunu bildirən Tramp, ABŞ Ədliyyə Nazirliyinin istintaq materiallarını ictimaiyyətlə paylaşa biləcəyini söyləyib.

“Mənim üçün problem deyil. Bu cür hallarda sübutların təqdim olunması vacibdir” – deyə o bildirib.

Qeyd edək ki, Tufts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk 25 martda iftara gedərkən, maskalı 6 Göç və ICE əməkdaşı tərəfindən saxlanılıb. O, əvvəlcə Vermont ştatına, daha sonra isə Luizianadakı mərkəzə köçürülüb.

Mövzuya görə xəbərlər