Son dəqiqə

ABŞ Yəmən Husilər

Husilər İsraildə yerləşən hərbi obyekti raketlə vurub

BAKI, TurkicWorld

Yəmənin "Ənsar Allah" hərəkatı İsrailin Təl-Əviv bölgəsində yerləşən hərbi obyektə hava zərbəsi endirib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriə məlumat verib.

“Yəmən Silahlı Qüvvələri, İsrailin işğal altında saxladığı Yaffa bölgəsində (Təl-Əviv nəzrdə tutulur red.) yerləşən hərbi obyektə PUA ilə hücum edib", - deyə məlumatda bildirilib.

Bundan əlavə, o qeyd edib ki, Yəmənin Hərbi-Dəniz və Hərbi-Hava Qüvvələri Qırmızı dənizdə yerləşən iki Amerika esminesinə qarşı birgə əməliyyat keçiriblər.

Mövzuya görə xəbərlər