İsrail Təl-Əviv Yəmən Husilər

Husilər israilin hava limanını ballistik raketlə vurub

Bakı, TurkicWorld

Yəməndəki Husilər İsrailin hava limanına raket zərbəsi endiriblər.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriə məlumat verib.

Məlumata əsasən, Husilər İsrailin paytaxtı Təl-Əvivdəki Ben Qurion hava limanına hipersəs ballistik raketlə zərbə endiriblər.

"Silahlı qüvvələrimizin raket qoşunu işğal altındakı Yafa bölgəsində Ben Qurion hava limanına "Fələstin-2" adlı hipersəs ballistik raketlə zərbə endirib", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bundan əvvəl Husilər, İsrailin Təl-Əviv şəhərinin cənubundakı hərbi hədəfə hipersəs ballistik raketlə zərbə endirmişdilər.

Husilərin İsrailə qarşı ikinci əməliyyat keçirdiyini bildirən Səriə, ABŞ-ın Yəməndə hücumlarını davam etdirdiyi müddətdə husilərin də Qəzzaya dəstək əməliyyatlarını dayandırmayacağını vurğulamışdı.

Mövzuya görə xəbərlər