Son dəqiqə

ABŞ Birləşmiş Ərəb Əmirlikləri Ağ Ev

BƏƏ ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar yatırım edəcək

Bakı, TurkicWorld

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-da 1,4 trilyon dollar dəyərində 10 illik investisiya proqramına öhdəlik götürüb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.

Məlumata əsasən, BƏƏ höküməti bu qərarı bu həftə ölkənin nümayəndə heyətinin ABŞ prezidenti Donald Trampla keçirdiyi görüşdən sonra qəbul edib.

Həmçinin qeyd edilib ki, yeni razılaşmalar BƏƏ-nin ABŞ iqtisadiyyatına mövcud investisiyalarını əhəmiyyətli dərəcədə artıracaq və bu investisiyalar süni intellekt, yarımkeçiricilər, enerji və istehsal sahələrini əhatə edəcək.

Mövzuya görə xəbərlər