Son dəqiqə

ABŞ Rusiya Səudiyyə Ərəbistanı

Rusiya və ABŞ təhlükəsizlik məsələlərini müzakirə edəcəklər

Bakı, TurkicWorld

Rusiya ABŞ nümayəndələrini may ayında keçiriləcək yüksək səviyyəli təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşə dəvət edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu məlumat verib.

Məlumatda qeyd olunur ki, 100-dən çox ölkənin nümayəndələri artıq bu görüşə qatılacaqlarını təsdiqləyib.

Qeyd edək ki, təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli nümayəndələrin beynəlxalq görüşü Rusiya Təhlükəsizlik Şurasının himayəsi altında 2010-cu ildən keçirilir. Bu il görüş Moskva şəhərində mayın 27-dən 29-dək baş tutacaq.

Mövzuya görə xəbərlər