BAKI,TurkicWorld
Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin əksəriyyəti ABŞ-ın iştirakı olmadan Ukraynaya sülhməramlı kontingent göndərmək istəmir.
TurkicWorld xəbər verir ki, Brüssel hesab edir ki, Ukraynanın təhlükəsizlik zəmanətləri Kiyevlə, həmçinin NATO müttəfiqləri və tərəfdaşları ilə məsləhətləşmələr əsasında müəyyən edilməlidir.
"Bütün hallara baxmayaraq, Avropa ABŞ-la əlaqəni tamamilə kəsmək istəmir. Ukraynanın gələcək təhlükəsizlik arxitekturası hələ də Vaşinqtondan asılıdır", – deyə bildirilib.
Bundan əvvəl Belçikanın xarici işlər naziri Maksim Prevo hökumətin Ukraynaya sülhməramlı qüvvələr göndərilməsi məsələsini nəzərdən keçirdiyini açıqlamışdı.
25 fevralda Fransa Prezidenti Emmanuel Makron bəyan etmişdi ki, Aİ daxilində və ondan kənarda bir çox ölkə Ukraynaya qoşun göndərməyə hazırdır.
Onun sözlərinə görə, bu qərar sülh sazişi imzalandıqdan sonra təhlükəsizliyin təminatına çevrilə bilər.






