Bakı, TurkicWorld
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Katibi Antonio Quterreş, Rusiya ilə Ukrayna arasındakı davam edən müharibənin 3-cü ilinin tamamlanması münasibətilə, müharibənin səbəbkarlarına qarşı “Artıq bəsdir” deyərək sərt reaksiya verib.
TurkicWorld xəbər verir ki, bu haqda Antonio Quterreşin verdiyi açıqlamada deyilir.
“Artıq bəsdir. Üç illik ölüm və dağıntıdan sonra, bir daha təcili şəkildə gərginliyin azaldılmasına və düşmənçiliklərin dərhal sona çatdırılmasına çağırıram",- deyə açıqlamda deyilir.
“Rusiya Federasiyasının Birləşmiş Millətlər Təşkilatı Müqaviləsini və beynəlxalq hüququ açıq şəkildə pozaraq Ukraynaya tam miqyaslı işğalını başlatmasının üzərindən üç il keçib. Bu faciəvi hadisədə, ədalətli, davamlı və hərtərəfli bir sülhə olan təcili ehtiyacı yenidən təsdiq edirəm”, - deyə açıqlamada qeyd olunub
Quterreş, BMT Müqaviləsinin Ukraynanın beynəlxalq aləmdə tanınan sərhədləri daxilində suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tam olaraq dəstəklədiyini vurğulayıb.
Antonio Quterreş, sülhə nail olma istiqamətindəki bütün səyləri məmnuniyyətlə qarşılayacağını bildirərək, BMT-nin bu cür səyləri dəstəkləməyə hazır olduğunu təsdiqləyib.