Bakı, TurkicWorld
ABŞ Dövlət Departamenti İsrailə 7,4 milyard dollarlıq yeni silah satışını təsdiqləyib.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Trampın imzaladığı silah yardımına 20 mindən çox bomba və minlərlə sursat daxildir.
ABŞ administrasiyası İsrailə dəyəri 660 milyon dollar olan 3000 ədəd AGM-114 Hellfire raketinin satışını təsdiqləyib. Hellfire hava-hava və ya hava-yer raketi kimi istifadə edilə bilər. Havadan yerə (AGM)-114 tanklara, strukturlara, sığınacaqlara və helikopterlərə qarşı dəqiq zərbə gücü təmin edir.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyinin bir hissəsi olan ABŞ Müdafiə, Təhlükəsizlik və Əməkdaşlıq Agentliyinin ABŞ Konqresinə göndərdiyi 6,75 milyard dollarlıq paketə görə, İsrail 2166 kiçik diametrli bomba, 2800 ümumi təyinatlı 500 kiloqram bomba, o cümlədən 13000 birgə hücum bombası alacaq.
Qeyd edək ki, sözügedən silah satışının təsdiqinin İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtonda olduğu dövrə təsadüf etməsi diqqət çəkir. NATO üzvü olan Cənubi Koreya, Avstraliya, Yaponiya, İsrail və Yeni Zelandiyanın xarici ölkələrə silah satışı üçün 15 günlük qanuni etiraz müddəti var ki, bu müddət ABŞ administrasiyası tərəfindən təsdiqlənib.