Bakı,TurkicWorld
İsrail ABŞ-ın ardınca BMT İnsan Haqları Şurasında (UNHRC) iştirakını dayandıracağını açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar X sosial şəbəkəsində paylaşım edib.
Nazir ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarını alqışlayıb və ölkəsinin də bunu etmək niyyətində olduğunu bildirib.
Saar BMT-nin İnsan Haqları Şurasını "ənənəvi olaraq insan haqlarını pozanları qorumaqda" və "Yaxın Şərqdə yeganə demokratiyanı - İsraili obsesif şəkildə pisləməkdə" ittiham edib.
İsrailin xarici işlər naziri həmçinin xatırladıb ki, ölkəsinə qarşı yüzdən çox pisləyici qətnamə qəbul edilib ki, bu da Şurada indiyədək qəbul edilmiş bütün qətnamələrin 20%-dən çoxunu təşkil edir.
Xatırladaq ki, ABŞ BMT-nin bir sıra strukturlarından: İnsan Hüquqları Şurasından, UNRWA-dan çıxıb.
Həmçinin Trump, ABŞ-ı Ümumdünya Səhiyyə Təşkilatından da çıxarıb.