Son dəqiqə

Muxtar Fatih Beydili

Suriyadakı cinayətlərdə İran əsas fiqurdur – Muxtar Fatih Beydili

Bakı, TurkicWorld

Bir çoxlarının iddia etdiyinin əksinə olaraq Suriyanın devrilmiş Prezidenti Başşar Əsəd qəhrəman deyil, o qatil bir dikratordur.

TurkicWorld xəbər verir ki, bunu ArabAZ –a açıqlamasında Suriya Türkmən həkimlər birliyinin sədri Dr. Muxtar Fatih Beydili deyib.

O qeyd edib ki, Sednaya həbsxanası, adı ilə tanınan, əslində isə insan sallaqxanası olan bu həbsxana Əsədin necə bir cani və qatil olduqğuna bariz nümunədir.

“Dəməşqdəki Sednaya həbsxanası Əsədin kimliyini və xarakterini tam olaraq ortaya qoyur”-deyə, o bildirib.

Beydili onu da vurğulayıb ki , bu cinayətlərin içində heç sübhəsiz ki , İran da var.

“ İran Suriyada yaşanan cinayətlərdə asas aktordur və bu hadisələrin “onurğa sütunudur”. İrandan təlimat alan Bəşşar Əsəd, Suriya xalqına qarşı hər şey etdi. Suriyanın Quseyr bölgəsindəki qətliamları isə, Əsəd yox, bir başa İrana bağlı qruplar etdi. İrana bağlı silahlı milislər, Hizbullah silahlı birləşmələri və Əsəd rejiminə bağlı qüvvələr 2013-cü ildə Suriyanın Hums şəhərinin Quseyr şəhərinin mərkəzini ələ keçirdi. Bu qüvvələr mülki əhali və əsgərlər arasında fərq qoymayaraq,çoxlu insanı qətlə yetirə bildi, çoxlu sayda insan yaralandı. Quseyr qurbanlarını sayı hələ də tam bəlli deyil. Təbii ki bütün bunların arxasında İran və Suriya cəlladı Qasim Süleymani durur. Əsəd, İran və Hizbullahın Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməsini arzu edirik”-deyə o qeyd edib.

Qeyd edək ki, 2013-cü ilin 4 aprel- 8 iyun tarixlərində İranın dəstəklədiyi radikal şiə qruplar və eləcə də Livan Hizbullahı Quseyr bölgəsinə hücüm etdilər. Şəhər Humsda olan müxalifət üçün mühim təchizat yolu idi. Şəhərin bombardman edilməsi ilə qaçan sakinlər yolda Əsəd qüvvələri tərəfindən amansızcasına qətl edildi. Şəhərdən çıxa bilməyən dinc əhaliyi Hizbullah və yarıhərbi şiə silahlı qruplar divan tutdular.
Daha sonra şəhərə girən rejim qevvələri cəsədləri buldozerlərlə toplayaraq böyük bir çuxura atıb, orada yandırdılar.
Qanlı bombardman ilə tarixə düşən Hama kimi Quseyr də Suriya tarixinə düşdü. Əsəd rejimi, İran və Hizbullah bu cinayətə görə hələ də məsuliyyət daşımayıblar.