Son dəqiqə

Liviya

Liviya və Yaponiya əməkdaşlığı genişləndirirlər

Bakı, TurkicWorld

Liviya və Yaponiya əmkdaşlığı genişləndirilər.

TurkicWorld ArabaZ-a istinadən xəbər verir ki, Liviya Milli Birlik Hökumətində Baş nazirin müavini və Kənd Təsərrüfatı və Heyvandarlıq Naziri Hüseyn Əl-Qətrani Yaponiyanın Liviyadakı səfirliyinin müvəqqəti işlər vəkili Masaaki Amadera ilə görüşüb. Görüş zamanı, iki ölkə arasında əkinçilik və heyvandarlıq sahəsində əməkdaşlığın aspektlərini müzakirə edilib.

Tərəflər eləcə də, xarici investorları cəlb etmək üçün Liviyada mövcud olan texnologiya transferi, potensialın artırılması və kənd təsərrüfatı investisiya imkanlarını müzakirə edib.

Baş nazir Əbdül Hamed Dbeibah ötən ilin noyabrında Yaponiyanın səfiri Şimura İzuru ilə görüşərək Liviya kadrlarının ixtisasının artırılması,Yaponiyanın aparıcı təcrübəsindən faydalanmaq məqsədi ilə təlim və bacarıqların artırılması sahələrində əməkdaşlığın əhəmiyyətini müzakirə etmişdi.

Mövzuya görə xəbərlər