Son dəqiqə

İran Donald Tramp

İranda Trampın qələbəsi necə qəbul olunur?

Bakı, TurkicWorld

İran ABŞ Donald Trampın seçkilərdə qələbəsinin ölkənin “ictimai siyasətlərinə” və ya iranlıların həyatına bir o qədər də təsir etməyəcəyini hesab edir.

TurkicWorld ArabAZ-a istinadən xəbər verir ki, İran hökumətinin sözçüsü Fatimə Mohacerani Trampın qələbəsi ilə bağlı açıqlama verərək, Amerika seçkilərinin İran vətəndaşlarına heç bir təsir etməyəcəyini bildirib.

“Bizim siyasətimiz sabitdir və fərdlərə görə dəyişmir. Lazımi tədbirlər əvvəlcədən planlaşdırılıb və insanların güzəranında heç bir dəyişiklik olmayacaq”- deyə o bildirib.

Digər tərəfdən İnqilab Keşikçiləri Trampın qələbəsini birbaşa şərh etməyib, Tehranın və onunla bölgədə müttəfiq olan silahlı qrupların İsraillə qarşıdurmaya hazır olduğunu bildiriblər.
Hüseyn Səlami liderlərinin öldürülməsinə baxmayaraq, Livan Hizbullah qrupunun “yenidən qurulması” ilə bağlı nüfuzlu din xadimlərini məlumatlandıraraq, “regional vəziyyətin İranı taleyüklü və mühüm mövqeyə qoyduğuna” işarə edib.
Lakin o, “ölkənin gələcəyi ilə bağlı narahat olmağa əsas olmadığını” əminliklə vurğulayıb.

Dünən İsrailin baş naziri Benyamin Netanyahu Trampla telefon danışığı aparıb, söhbətdə “İran təhdidi” və İsrailin təhlükəsizliyi üçün birgə işləmək zərurətinə toxunulub.
Buna cavab olaraq, İran İnqilabı Keşikçiləri Korpusunun komandanının müavini Əli Fədəvi deyib ki, Tehran İsraillə qarşıdurmaya hazırdır və ABŞ və İsrailin qabaqlayıcı zərbəsini istisna etmir.

Mövzuya görə xəbərlər