Son dəqiqə

İran Suriya

Suriyada yeni administrasiyadan İranla bağlı açıqlama

Bakı, TurkicWorld

Suriya Müvəqqəti Hökumətinin Xarici İşlər Naziri Esaad Həsən Şeybani, İranın Suriya məsələlərinə müdaxiləsi ilə bağlı mühüm bəyanat verib.

TurkicWorld xəbər verir ki, Nazir Şeybani bu barədə "X" sosial şəbəkəsindəki paylaşım edib.

O, paylaşımında İranı Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağıraraq, İranın Suriyada yaratdığı vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.

Şeybani, "İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Biz İrana xəbərdarlıq edirik ki, Suriyada xaos yaymaqdan çəkinməli və öz son bəyanatlarının nəticələrinə görə məsuliyyət daşımalıdır." - deyə bildirib.

Mövzuya görə xəbərlər