Son dəqiqə

Suriya İordaniya

İordaniya Suriyaya elektrik enerjisi xidmətləri göstərməyi təklif edib

Bakı, TurkicWorld

İordaniya hökuməti Suriyaya elektrik enerjisi və yanacaq xidmətləri göstərməyə hazır olduğunu bəyan edib.

TurkicWorld xəbər verir ki ,İordaniyanın enerji və infrastruktur sahəsində yardımı genişləndirmək istəyi Dəməşq ilə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş yeni bir addım kimi dəyərləndirilir.

İordaniya Enerji və Mineral Ehtiyatlar naziri Saleh əl-Harabşe,Suriyanın enerji ehtiyaclarının müəyyən bir hissəsini qarşılamağa hazır olduqlarını bildirib və Elektrik şəbəkəsinin vəziyyətini dəyərləndirmək üçün texniki heyət göndərməyi təklif edib. Həmçinin, İordaniyanın idxal etdiyi neft məhsullarını Suriyaya yönləndirərək, dəstək göstərə biləcəyini vurğulayıb.

Baş nazir Həsən Kral II Abdullahın təlimatlarına əsaslanaraq, Suriyanın ərazi bütövlüyünü və suverenliyini qoruyaraq sabitliyə nail olmasının vacibliyini vurğulayıb. İordaniyanın səhiyyə, nəqliyyat, enerji və su sahələrində Suriyaya hərtərəfli dəstək verməyə hazır olduğunu bildirərək, Suriyanın sabitliyinin İordaniyanın təhlükəsizliyi və inkişafı üçün mühüm olduğunu qeyd edib.

Baş nazir, Xarici işlər naziri Ayman əs-Safedinin Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə Dəməşqdə keçirdiyi məhsuldar görüşə istinad edərək, ikitərəfli əməkdaşlıq imkanlarını genişləndirmək üçün İordaniya nazirlərini Suriyaya səfər etməyə çağırıb.

Mövzuya görə xəbərlər