Son dəqiqə

İsrail İran ABŞ Pentaqon

İran İsrailin hücumlarına cavab verməməlidir - Pentaqon

Bakı,TurkicWorld

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Vaşinqtonun Tel-Əvivə dəstəyini bir daha bəyan edərək, İranın İsrailin hücumlarına cavab verməməli olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü general-mayor Pat Rayder mətbuat konfransında İran və İsrail arasında artan gərginliklə bağlı açıqlama verib.

"ABŞ hökuməti olaraq, İranın İsrailin hücumlarına cavab verməməsi lazım olduğunu düşünürəm. Əgər onlar cavab verməyi seçsələr, əlbəttə ki, İsraili dəstəkləyəcəyik",- deyə o bildirib.

ABŞ-ın yaxın aylarda Yaxın Şərqə əlavə hərbi qüvvələr yerləşdirəcəyinə işarə edən Rayder, bölgəyə B-52 bombardmançılarının göndərildiyini vurğulayıb.

O, bu hərbi qüvvələrin bölgədəki ABŞ qüvvələrini qorumaq və İsraili müdafiə etmək üçün yerləşdiriləcəyini bildirib.

"İsrailin müdafiəsini dəstəkləməyə hazırıq və İranın heç bir cavab hücumu etməyəcəyinə ümid edirik",- deyə Rayder vurğulayıb.

Mövzuya görə xəbərlər