Bakı,TurkicWorld
Şimali Koreyada yeni istiqamətləndirmə sistemi ilə təchiz edilmiş 240 millimetrlik roket sistemi sınaqdan keçirilib.
TurkicWorld xəbər verir ki, çoxlüləli reaktiv yaylım atəşinin manevr və konsentrasiyalı atəş qabiliyyəti texniki cəhətdən yenilənib.
Sınaqlarda Şimali Koreya lideri Kim Çen In da iştirak edib.
Şimali Koreya fevralın 12-də çoxlüləli reaktiv yaylım atəşi sistemi üçün yeni “idarə edilə bilən” sursat və ballistik idarəetmə sistemi hazırladığını elan edib.
Qeyd edilib ki, yeni hazırlanan sistemlər Şimali Koreya ordusunun roket atəşi tutumunda keyfiyyət dəyişikliyi edəcək.