Bakı. TurkicWorld:
KXDR-in Ali Lideri Kim Çen Inın rejimi cinayət qanunvericiliyinə dəyişiklik edərək ölüm cəzası nəzərdə tutulan cinayətlərin siyahısını 11-dən 16-ya qədər genişləndirib.
Bu barədə TurkicWorld , Yonhap agentliyinə istinadən xəbər verir.
Ölüm cəzasını tələb edən yeni cinayətlərə aşağıdakılar daxildir: yeni məcəllələrə daxil edilmiş dövlət əleyhinə təbliğat və təşviqat, qeyri-qanuni silah istehsalı və istifadəsi. Koreya Milli Birlik İnstitutunun hesabatına görə, 2022-ci ilin mayından 2023-cü ilin dekabrına qədər qanunvericiliyə çoxsaylı düzəlişlər edilib.
2020-ci ildə Cənubi Koreya mediasının istifadəsini və yayılmasını cəzalandıran qanun qəbul edildi.