Son dəqiqə

İsrail Livan

İsrail döyüş təyyarələri Livanın Baalbek şəhərinə hücum edib

Bakı, TurkicWorld

İsrail döyüş təyyarələrinin Livanın şərqindəki Bekaa bölgəsindəki Baalbek şəhərinə təşkil etdiyi hava hücumunda 2-si uşaq olmaqla 8 nəfər yaralanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi bəyanat yayımlayıb.

Açıqlamaya görə, xəsarət alanların hamısına təcili tibbi yardım göstərilib.

Livanın rəsmi xəbər agentliyi NNA İsrail döyüş təyyarələrinin Baalbek şəhərində 3 qəsəbəyə hava hücumu təşkil etdiyini açıqlayıb.

Baalbekin Duhur əl-Ayrun, Curud Nəbi Şit və Süheyla qəsəbələrinin bir-birinin ardınca hədəfə alındığı, Livan səmasında İsrail PUA-larının göründüyü bildirilib.

İsrail ordusunun Livanın cənubunda bir avtomobilə təşkil etdiyi hava hücumu nəticəsində bir nəfərin öldüyü bildirilib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər