Son dəqiqə

Starbucks

Starbucks-ın baş direktoru Narasimhan istefa edib

Bakı, TurkicWorld

İki rüb ərzində gəlirlərinin azaldığını bildirən qəhvə şəbəkəsi Starbucks-ın Baş İcraçı Direktoru (CEO) Laxman Narasimhan tutduğu vəzifədən istefa verib.

TurkicWorld xəbər verir ki, bu barədə Starbucks açıqlama verib.

Açıqlamada hazırda Chipotle-nin top meneceri vəzifəsini icra edən Brayan Nikkolun Starbucks-ın prezidenti və baş direktoru vəzifəsinə təyin edildiyi və Nikkolun yeni vəzifəsinə sentyabrın 9-da başlayacağı bildirilib.

Açıqlamaya görə, Starbucks-ın Baş Maliyyə Direktoru (CFO) Rachel Ruggeri qeyd olunan tarixə qədər müvəqqəti CEO vəzifəsini icra edəcək.

Məlumat üçün qeyd edək ki, İsrailin Qəzzaya hücumları səbəbindən etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan Starbucks-ın maliyyə nəticələri son iki rübdə mənfi təsir göstərib.

ABŞ qəhvə zəncirinin gəliri yanvar-mart dövründə 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalıb.

Aprel-iyun dövründə şirkətin gəlirləri 0,6 faiz, qlobal satışları isə 3 faiz azalıb.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər