Bakı, TurkicWorld
Rusiyanın Kursk vilayətində qarşıdurmalara görə fövqəladə vəziyyət elan edilib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ukrayna ilə sərhədi yaxınlığında yerləşən Kursk vilayəti qubernatorunun müavini Aleksey Smirnov bildirib.
“Ukrayna qoşunlarının Kursk vilayətinə daxil olmasının nəticələrini aradan qaldırmaq üçün avqustun 7-dən regionda fövqəladə vəziyyət elan etmək qərarına gəldik.” – deyə o qeyd edib.
Rusiya Səhiyyə Nazirliyi bölgədə Ukrayna əsgərlərinin hücumu nəticəsində yaralananların sayının 31-ə yüksəldiyini açıqlayıb.
Qeyd edilib ki, hücumu nəticəsində 6-sı uşaq olmaqla 24 nəfərin yaralanıb.
Hafiz Rufizoğlu