Son dəqiqə

Microsoft

Bütün proqramlar və xidmətlər bərpa edildi - Microsoft

Bakı, TurkicWorld

Bütün proqramlar və xidmətlər bərpa edildi.

TurkicWorld xəbər verir ki, bu barədə Microsoft 365 şirkəti açıqlama verib.

Şirkət, açıqlamasında Microsoft 365-in qlobal proqram problemi üçün həll səylərinin cari vəziyyətini paylaşıb.

“Uzun müddət davam edən monitorinqdən sonra biz müəyyən etdik ki, problem azaldılıb və əvvəllər təsirlənmiş bütün Microsoft 365 proqram və xidmətləri bərpa edilib”, - deyə məlumatda bildirilib.

Məlumat üçün qeyd edək ki, Microsoft-a kibertəhlükəsizlik xidmətləri göstərən CrowdStrike sistemlərində yaranan nasazlıqdan sonra biznesə təsir edən qlobal proqram təminatı problemi dünyanın bir çox yerlərində həyata mənfi təsir göstərib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər