Son dəqiqə

Çin

Çində raket partlayıb

Bakı,TurkicWorld

Çinin Henan əyalətində hazırlanmaqda olan “Tianlong-3” adlı raket sınaq zamanı buraxılış meydançasından çıxdıqdan qısa müddət sonra yerə düşüb və partlayıb.

TurkicWorld xəbər verir ki, raket texnologiyasının inkişafı üzərində çalışan aviasiya şirkəti Space Pioneer tərəfindən verilən açıqlamaya görə, Tianlong-3 adlı raket isti sınaq zamanı normal şəkildə atıldıqdan sonra struktur nasazlığı səbəbindən buraxılış meydançasını tərk edib.

Nasazlıqdan sonra raket səmaya qalxan və tezliklə Gongyi şəhərinin dağlıq ərazisinə düşən raket daha sonra partlayıb.

Space Pioneer ilkin araşdırmadan sonra itkilərin olmadığını bildirib.

Mövzuya görə xəbərlər